Çin insanabənzər robotların yaradılmasında inqilab etməyi planlayır
Çin Xalq Respublikası (ÇXR) 2025-ci il üçün insanabənzər robotların yaradılmasında və kütləvi buraxılışında inqilab etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu fikirlər ÇXR-in Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin dərc etdiyi sənəddə deyilir.
“İnsanabənzər robotlar seqmenti ölkədə 2025-ci ilədək “beynəlxalq qabaqcıl səviyyəyə və kütləvi istehsala çatacaq. Texnoloji innovasiyalar məsələsində insanabənzər robotların qabiliyyəti 2027-ci ilədək əhəmiyyətli şəkildə yaxşılaşdırılacaq və Çin bu sahədə “beynəlxalq səviyyədə rəqabətqabiliyyətli” olacaq”, - deyə “İnnovasiyalar və insanabənzər robotların inkişaf etdirilməsi üzrə rəhbər rəy” adlı sənəddə vurğulanır.
Nazirliyin elm və texnika departamentinin nümayəndəsi ölkə nəşrlərinə verdiyi müsahibədə bildirib ki, insanabənzər robotlar süni intellekt, yüksəktexnoloji istehsal və yeni materiallar kimi qabaqcıl texnologiyaları təcəssüm etdirəcəklər və gözlənildiyi kimi kompüter, smartfonlardan və yeni enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrindən sonra inqilab yaradacaqlar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay