“YouTube” rəsmi olaraq reklam bloklayıcılarını qadağan edib
“YouTube” rəsmi olaraq bütün dünyada reklam bloklayıcılarının istifadəsini qadağan edən qlobal siyasət həyata keçirib.
Valyuta.az xəbər verir ki, platforma reklam bloklayıcılarından istifadənin onun xidmət şərtlərini pozduğunu bildirərək, məzmun yaradıcılarını dəstəkləmək və milyardlarla istifadəçinin müxtəlif məzmuna çıxışını təmin etmək üçün bu addımı atıb.
Reklam bloklayıcılarından istifadə edən “YouTube” istifadəçiləri indi belə proqram təminatından istifadə etməyə çalışarkən xəbərdarlıq mesajı ilə qarşılaşacaqlar. Onlar videolara baxmağa davam etmək üçün bu bloklayıcıları deaktiv etməlidirlər. Alternativ olaraq, “YouTube” istifadəçilərinə reklamsız baxış təcrübəsi təklif edən “YouTube Premium”a abunə olmaları tövsiyə olunur.
Qeyd edək ki, bu siyasət reklamların məzmun yaradıcılarını dəstəkləməsini və məzmunun geniş auditoriya üçün əlçatan olmasını təmin etmək məqsədi daşıyır.
©Azərtac
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay