“Huawei” gələn il smartfonlarının qlobal tədarükünü iki dəfə artıracaq
Çinin “Huawei” şirkəti gələn il smartfonlarının qlobal tədarükünü iki dəfə artırmağı və 60-70 milyon ədədə çatdırmağı planlaşdırır.
Bu barədə Yaponiyanın “Nikkei” agentliyi məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə 2019-cu ildə ABŞ-nin o vaxtkı prezidenti Donald Tramp tərəfindən sanksiyaya məruz qalan şirkət bir neçə aydır ki, öz komponentlərinin – mikroboardlar, fotomatrislər, linzalar və s. ehtiyatını artırır.
“Huawei” Çin çip istehsalçısı “Semiconductor Manufacturing International Co” (SMIC) ilə fəal əməkdaşlıq edir. SMIC “Huawei” smartfonları üçün 14 nm və Çinin ən qabaqcıl 7 nm çiplərini təmin edir. “Nikkei”nin mənbəsi qeyd edir ki, SMIC 7 nanometrlik çiplərin istehsalını ildə 36 milyon ədədə qədər artıra bilər və eyni zamanda onların işinin keyfiyyətini yaxşılaşdıra bilər. Bununla belə, mənbələr qeyd edirlər ki, Birləşmiş Ştatlar artıq Çin şirkətinə ciddi zərbə vuran sanksiyaları sərtləşdirməyə qərar verərsə, “Huawei”in planları pozula bilər. Əgər 2019-cu ilin sonunda “Huawei”in qlobal tədarükləri 240 milyon ədəd təşkil edirdisə, keçən il IDC tədqiqat şirkətinin məlumatına görə, onlar 30 milyona düşüb.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay