NASA Azərbaycanın ilk kosmik startapını dəstəkləməyə hazırdır
“74-cü Beynəlxalq Astronavtika Sərgisində öz ideyamız – “Ayda virtual səyahət” ilə təmsil olunuruq. Biz bu layihəni Azərbaycanın ilk kosmik startapı adlandıra bilərik. Layihəmiz bir sıra ölkələrin bu tip avadanlıqlarını geridə qoyub. NASA-nın nümayəndələri bu startapı dəstəkləməyə hazır olduqlarını bildiriblər. Bizim üçün çox qürurvericidir ki, 31 azərbaycanlı tərəfindən hazırlanmış məhsul burada xarici qonaqlara təqdim olunur”.
Valyuta.az xəbər verir ki, bunu 74-cü Beynəlxalq Astronavtika Sərgisində təmsil olunan Azərbaycanın “BirAiny” şirkətinin təsisçisi və rəhbəri Fuad Tağıyev deyib.
O bildirib ki, startap layihəsinin xüsusi avadanlığına qalxaraq Ay üzərində uçuş həyata keçirmək olur:
“Yəni, avadanlıq vasitəsilə aşağı bir qravitasiya ilə düşmə simulyasiyası yaşayırlar. VR - gözlüklə onlar Ayın səthində xarıbülbülləri görürlər. Həmçinin Yer kürəsinin üzərində Azərbaycanın xəritəsini, Zəngəzur dəhlizini görmək olur. Bütün bunlardan sərgi iştirakçıları istifadə edərək Ayda uçuşun simulyasiyasını yaşayırlar”.
© Azərtac
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay