Azərbaycanda fişinq hücumlarının sayı yanvarda azalıb
Bu ilin yanvar ayında Azərbaycanın ".az" domenində olan saytların hər 13-ü nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.
"APA-Economics"in "Netcraft" analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ay ərzində Azərbaycan saytlarının 3 mindən çoxu fişinq hücumunun qurbanı olub ki, bu da ümumi qeydiyyatdan keçən saytların 7,7%-ni təşkil edir.
Cari ilin yanvar ayı ərzində ötən ilin dekabrı ilə müqayisədə fişinq hücumlarının sayında 6,7% azalma müşahidə olunub.
Qeyd edək ki, bu günə ".az" domenində 39 mindən çox sayt qeydiyyatdan keçib.
"Netcraft"ın məlumatına görə, ay ərzində Ukraynada hər 149, Rusiyada 77, Belarusda 648, Latviyada 81, Litvada 156, Estoniyada 562, Qazaxıstanda 462, Özbəkistanda 63, Tacikistanda 337, Qırğızıstanda 628, Gürcüstanda 216, Ermənistanda isə 250 sayta bir uğurlu fişinq hücumu düşüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay