Naxçıvanda yeni mövsümə hazırlıq işləri başladı - Rabitə xidmətləri yaxşılaşdırılır
Naxçıvan Muxtar Respublikasında telekommunikasiya şəbəkələrinin 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlığı ilə bağlı işlərə başlanılıb.
Bu barədə Valyuta.az Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.
Bu məsələyə dair keçirilən müşavirədə tapşırılıb ki, yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqət artırılsın, mal-material ehtiyatı yaradılsın.
Tapşırıqların icrasının təmin edilməsi məqsədilə nazirlikdə tədbirlər planı təsdiq olunub və plana uyğun olaraq səlahiyyətli mütəxəssislərin iştirakı ilə muxtar respublikada telekommunikasiya şəbəkələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı monitorinqlərə başlanılıb.
Monitorinqlər ilkin olaraq Naxçıvan şəhərində, Şərur, Babək və Kəngərli rayonlarında aparılır.
Monitorinqlər zamanı avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara və akkumulyatorlara texniki baxış keçirilir, aşkar olunan çatışmazlıqlar aradan qaldırılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay