“Google” iri məbləğdə cərimələndi - İNHİSARÇILIQ
Cənubi Koreyanın antiinhisar üzrə nəzarət orqanı (KFTC) “Google” şirkətini iri məbləğdə cərimələyib.
Qurum mobil əməliyyat sistemləri və tətbiqi proqramlar bazarındakı mövqeyindən sui-istifadə etdiyinə görə “Google”-a 207,4 milyard von (176,8 milyon dollar) cərimə kəsib.
Əsas səbəb “Google”-nun onunla işləyən mobil cihaz istehsalçılarına Android əməliyyat sisteminin modifikasiya olunmuş versiyasını və ya bənzər sistem yaratmağa imkan verməməsidir.
“Google” istehsalçılarla bağladığı müqavilələrdə onlara öz əməliyyat sistemini qurmağa və ya başqa əməliyyat sistemlərindən istifadə etməyə də qadağa qoyur. Bu isə, KFTC-nin mövqeyinə görə “innovasiyalara zərər vurur və “Google”-nun inhisarçı mövqeyini möhkəmləndirir”.
Android əməliyyat sisteminin əsas modifikasiyalarından biri – “HarmonyOS” hazırda ABŞ-ın sanksiyalar siyahısında olan Çin şirkəti Huawei tərəfindən hazırlanıb. Android sistemi əsasında mobil cihazların ən böyük istehsalçısı - Samsung isə Cənubi Koreyada yerləşir.
Mənbə: Marja
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay