İKT
01.09.2021 / 20:02
“Google Chrome”un Azərbaycanda bazar payı artıb
17598
Azərbaycanın internet bazarında bu ilin avqust ayında “Google Chrome” brauzerinin bazarda payı 78.79 faiz təşkil edib.
Valyuta.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Global Stats” statistika mərkəzi açıqlayıb.
Cari ilin iyul ayı ilə müqayisədə “Google Chrome” brauzerinin payı 0.09% artıb.
“Yandex Browser” brauzerinin bazar payı 1.31% təşkil edib ki, iyun ayı ilə müqayisədə bu göstərici 0,09% artıb.
Bunun əksinə “Samsung Internet” brauzerinin payı 5.09%-ə bərabər olub ki, iyul ayı ilə müqayisədə bu göstərici də 0.06 faiz azalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay