İyulda "Azərkosmos"un ixrac gəlirləri 7 mln dollara çatıb
2021-ci ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 28,7 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Valyuta.az xəbər verir ki, bu barədə "İxrac icmalı"n avqust sayında məlumat verilib.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 92 %-ini təşkil edib. 2021-ci ilin iyul ayında isə “Azərkosmos” ASC dünyanın 24 ölkəsinə 6,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2021-ci ilin yanvar-iyul ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə 9,6 milyon ABŞ dolları ilə ABŞ, 5,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 5,6 milyon ABŞ dolları ilə Fransa, 3,7 milyon ABŞ dolları ilə Malayziya və 1 milyon ABŞ dolları ilə BƏƏ qərarlaşıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay