"Microsoft" əməliyyat sistemlərinin Azərbaycanda bazar payı azalıb
Bu ilin iyul ayında "Android" əməliyyat sisteminin Azərbaycan bazarında payı iyun ayı ilə müqayisədə 0,6 faiz bəndi artıb.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, avqust ayının 1-nə "Android"un ölkənin əməliyyat sistemi bazarında olan payı 51,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 4,4 faiz bəndi çoxdur.
Bu ilin iyun ayı ilə müqayisədə iyulda "Microsoft Windows" əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi 1,9 faiz bəndi azalaraq avqustun 1-nə 32,1% təşkil edib. Bu rəqəm ötən ilin eyni göstəricisindən 5,9 faiz bəndi azdır. "Microsoft Windows" proqram məhsulları Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri tutur.
Üçüncü mövqedə 9,4% bazar payı ilə iOS əməliyyat sistemi qərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı cari ilin iyul ayında iyun ayı ilə müqayisədə 0,8 faiz bəndi artıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 1,6 faiz bəndi çoxdur.
Digər əməliyyat sistemləri üzrə olan pay bölgüsü: naməlum əməliyyat sistemləri – 3,28%, OS X – 2,5%, "Linux" – 1,16% və s.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay