Rusiya “Google” brauzerini cərimələyib
Bu gün Moskva məhkəməsi Google-u qadağan olunmuş informasiyanın sililnməməsinə görə cərimələyib.
Valyuta.az Marja.az-a istinadla xəbər verir ki, Moskva şəhərinin Taqansk rayon məhkəməsi 3 inzibati protokol əsasında Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin tələblərini pozduğuna (Maddə 13.41:Rusiya qanunvericiliyi ilə silinməsi nəzərdə tutulmuş informasiyanın sayt və ya səhifə rəhbəri tərəfindən silinməməsi) görə Google-un 6 milyon rubl cərimə ödəməsi barədə qərar çıxarıb.
Beləliklə, Google-un son dövrdə Rusiyadakı cərimələrinin həcmi 32,5 milyon rubla çatıb. Şirkət daha öncə də qadağan edilmiş informasiyanın silinməməsinə və Rusiya vətəndaşlarının məlumat bazasını lokallaşdırmaqdan imtina etdiyinə görə tərtib olunmuş 3 inzibati protokol nəticəsində 26,5 milyon rubl həcmində cərimələnmişdi.
Daha öncə - 2020-ci ilin fevralında isə Facebook və Twitter Rusiyalı istifadəçilərin məlumatları olan bazanı Rusiya ərazisində yerləşdirməkdən imtina etdiklərinə görə hərəsi 4 milyon rubl cərimələnmişdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay