“Space X” kosmosa reklam verəcək
İlon Maskın CEO-su olduğu “SpaceX” Kanadalı (Geometrik Enerji Korporasiyası) Geometric Energy Corporation startapı ilə birlikdə reklam yayımlamaq üçün kosmosa “CubeSat” peykini göndərəcək.
Valyuta.az Fins.az-a istinadən xəbər verir ki, kvadrat peykin bir tərəfinə nəhəng pikselli ekran yerləşdiriləcək.
Bannerlər peyk tərəfindən çəkiləcək, “Twitch” və “YouTube”da yayımlanacaq. Reklamların qəbulunun alqı-satqısı hərrac vasitəsilə olacaq.
Tokenləri, əvvəlcə, “Ethereum” kriptovalyutası ilə, gələcəkdə isə Dogecoin ilə almaq mümkün olacaq. Bir reklamın göstərilməsinin dəyəri ayda təxminən 1 milyon dollar nəzərdə tutulub.
Layihənin tərtibatçıları yeni reklam növünün böyük markaları cəlb edəcəyini proqnozlaşdırır.
Peykin hazırlanması üzrə işlər gedir, 2022-ci ildə buraxılması planlaşdırılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay