Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni səlahiyyətlər verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni səlahiyyətlər verilib.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanında edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan fərmana əsasən, indiyə qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə gəmiyə çağırış siqnalının, gəmi peyk rabitə stansiyasının identifikasiya nömrəsinin və gəmi radiostansiyasının fərdi çağırış nömrəsinin verilmə qaydasını müəyyən etmək və gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə vermək daxil olub.
Dəyişikliyə əsasən, bu səlahiyyətlər sırasına ticarət gəmiçiliyi sahəsində dövlət idarəetməsini həyata keçirmək, ticarət gəmiçiliyindən yaranan münasibətləri tənzimləyən normativ hüquqi aktlar qəbul etmək, xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış, berbout-çarterə (heyətsiz gəminin fraxtedilmə müqaviləsinə) əsasən Azərbaycan fraxtedəninin istifadəsinə və sahibliyinə verilmiş gəmilərə Azərbaycan Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzmək hüququ vermək daxil edilib. Gəminin adı da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəyyən etdiyi qaydada gəmi mülkiyyətçisi tərəfindən veriləcək. Gəmiyə çağırış siqnalının, gəmi peyk rabitə stansiyasının identifikasiya nömrəsinin və gəmi radiostansiyasının fərdi çağırış nömrəsinin verilmə qaydasını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müəyyən edəcək., təsnifat cəmiyyətlərinin fəaliyyətinə razılıq verəcək.
Gəmi heyəti üzvlərinin siyahısı, sərnişinlərin siyahısı, gəmi, radio və maşın jurnalları da nazirliyin müəyyən etdiyi qaydada aparılacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə verəcək.
Gəminin qeydiyyata alınması berbout-çarter üzrə fraxtedənin ərizəsi əsasında və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müəyyənləşdirilən və qeydiyyata alınmaq üçün zəruri olan sənədlər əlavə olunmaqla həyata keçiriləcək. Sertifikatlarına (diplomlarına) uyğun olaraq əmək funksiyasını yerinə yetirərkən gəmi heyəti üzvlərinin hərəkətləri, hərəkətsizliyi və ya səriştəsizlikləri nəticəsində birbaşa insanların həyatına, dənizdə əmlakın saxlanılmasına və ya dəniz mühitinə zərərin vurulması təhlükəsi yarandıqda, habelə aldatmanın qarşısını almaq məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sertifikatları (diplomları) geri götürə, ləğv edə və ya onların qüvvədə olmasını dayandıra bilər. Nazirlik dəniz üzgüçülüyü təhlükəsizliyinin və dəniz limanında nizam-intizamın təmin edilməsi sahəsində funksiyaları həyata keçirəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətləri sırasına gəmi sənədlərinin mövcudluğunu, gəminin əsas göstəricilərinin gəmi sənədlərinə uyğunluğunu, gəmi heyətinin müvafiq qaydada komplektləşdirilməsini və ticarət gəmiçiliyi sahəsində beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsini yoxlamaq məqsədi ilə dənizə çıxan gəmilərə nəzarəti həyata keçirmək, gəmi sənədləri olmadıqda və ya gəminin dəniz üzgüçülüyü təhlükəsizliyinin tələblərinə cavab vermədiyini güman etməyə kifayət qədər əsas olduqda, habelə gəminin istismarı insan həyatına və ya ətraf mühitə real təhlükə yaratdığı təqdirdə, yoxlamaq, gəminin dəniz limanından çıxması üçün icazənin verilməsinə maneə törədən çatışmazlıqların aradan qaldırılmasını yoxlamaq məqsədi ilə gəminin nəzarət yoxlanmasını həyata keçirmək, xidmətlərin göstərilməsi üçün limanın müvəqqəti bağlanması təmin etmək, bu sahədə şəhadətnamələrin şərtləri, verilmə və yoxlanılması qaydaları təsdiqləmək də əlavə olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay