İKT
23.07.2021 / 10:33
TƏBİB-in Çağrı mərkəzi yaradılacaq
15968
"Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Çağrı mərkəzinin yaradılması istiqamətində ciddi işlər gedir".
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu psixoloq Nərmin Osmanlı TƏBİB-in keçirdiyi "Medianın psixi sağlamlıqda rolu" adlı təlimində çıxışda deyib.
O qeyd edib ki, 1542 Psixoloji Dəstək Xətti vasitəsilə pandemiya dövründə 1 122 şəxsə cavab verilib:
"Bunlardan 459-u koronavirus xəstələri olub. Karantin dövründə əsəb, təşviş və həyəcan hissi ilə bağlı müraciətlər üstünlük təşkil edib. Bundan başqa ölkə üzrə 1 007 tibb işçisinə psixoloji dəstək göstərilib".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay