İKT
12.07.2021 / 12:25
“Baktelecom”dan “Azeurotel”də yaranmış problemlə bağlı açıqlama
15421
"Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") tabeliyində fəaliyyət göstərən "Azeurotel" telekommunikasiya operatorunun 437/492/497/504/505 saylı Elektron Avtomat Telefon Stansiyaları üzərindən ötürülən rabitə xidmətlərində meydana gələn çətinliyin böyük qismi aradan qaldırılıb.
"Baktelecom"dan Valyuta.az-a verilən məlumata görə, xidməti dayanan 70% abunəçinin telefon, internet və televiziya xidmətləri artıq bərpa edilib.
"Hazırda rabitə qurğularının işində fasiləyə səbəb olan nasazlığın tam aradan qaldırılması istiqamətində işlər operativ qaydada davam etdirilir", - "Baktelecom"dan bildirilib.
Qeyd edək ki, 9 iyul tarixində yaranan nasazlıq 2 min abunəçiyə rabitə xidmətlərinin ötürülməsinə çətinlik yaradıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay