Çin şirkəti Azərbaycanda nəhəng yerüstü anten quraşdırdı
“Azərkosmos” ASC Çinin kosmik sənayesinin kommersiya fəaliyyətini həyata keçirən yüksək texnologiya şirkəti “Satelliteherd” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Bu barədə Valyuta.az-a səhmdar cəmiyyətindən xəbər verilib.
Müqaviləyə əsasən “Satelliteherd” şirkəti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (Bakı-Şamaxı şosesi, 38 km) diametri 4.2 metr olan yerüstü anten quraşdırıb. “Satelliteherd” şirkəti bu anten vasitəsilə kosmik bazarda fəaliyyət göstərən peyklər və peyk şəbəkələri arasında izləməni, peyklərin sağlamlığının yoxlanılmasını, telemetriyanın alınmasını və peyklərə nəzarətin düzgün aparılmasını təmin edəcək.
Kosmik texnika mühəndisliyi sahəsində yüksək təcrübəyə malik olan “Satelliteherd” şirkəti ƏYPİM-də quraşdırılan anten sayəsində peyklərdən düzgün siqnalların qəbulu üçün etibarlı və müasir həllər təqdim edəcək.
“Çin ilə Azərbaycanın coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq “Satelliteherd” şirkəti ilə peyk həlləri sahəsində fəal əməkdaşlıq edəcəyimizə əminəm” – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye qeyd edib.
"Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin unikal və əlverişli mövqeyi bizə bu il və növbəti illər ərzində kommersiya fəaliyyəti göstərən peyklər üçün daha da etibarlı xidmət göstərməyimizə imkan verəcək”, – deyə “Satelliteherd” şirkətinin beynəlxalq biznes üzrə icraçı vitse-prezidenti Liçenq Yanq bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay