Yaponiya və Finlandiya birgə 6G standartı yaradacaq
Yaponiya və Finlandiya birgə olaraq 6G rabitə standartını inkişaf etdirmək niyyətində olduqlarını açıqlayıb.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, ölkələr səylərini birləşdirərək telekommunikasiya sənayesinin qlobal bazara getdikcə daha çox nüfuz edən Çini ötmək niyyətindədirlər.
Birgə tədqiqatlar sahə təşkilatların səylərini əhatə edəcək. Əsas məqsəd 2030-cu illərdə 6G texnologiyasını kütləvi hala gətirməkdir. Çip istehsalçısı olan "Nippon Telegraph&Telephone Corporation" (NTT) şirkəti də təşəbbüsə qoşulacağını açıqlayıb.
Konsorsium üzvləri birgə tədqiqat layihələrində və kadr mübadiləsində iştirak edəcəklər. Telekommunikasiya xidmətləri təminatçısı "Cisco Systems" şirkəti və çip istehsalçısı olan "Intel"in iştirakı ilə ABŞ-la mümkün əməkdaşlıq üçün danışıqlar aparılır.
Finlandiya tərəfindən isə digər şirkətlərlə yanaşı, "Nokia" da ortaq konsorsiuma daxil olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay