"The Verge": "Google" smartfonlara icazəsiz izləmə tətbiqi quraşdırır
Koronavirus xəstələri ilə əlaqələri izləmək məqsədilə "Google" korporasiyası tərəfindən istifadəçilərin smartfonlarına "MassNotify" adlı tətbiq quraşdırılır.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə informasiya texnologiyaları xəbərlərini işıqlandıran ABŞ-ın "The Verge" portalı yazır.
Qeyd olunur ki, şirkət bunu icazəsiz və bildirişsiz edir, tətbiqin özü isə tamamilə fərqli bir ad altında gizlənir, bu səbəbdən də onu tapıb, sistemdən silmək çətinləşir.
Sözügedən tətbiq smartfon sahiblərini, yanlarında yoluxmuş insan olduqlarına görə, onların da koronavirusa yoluxma ehtimalı barədə xəbərdar etmək üçün lazımdır. Məsələn, əgər "Android" cihazının sahibi yoluxmuşlar siyahısındadırsa, "MassNotify" ətrafdakı insanlara "Bluetooth" vasitəsilə bildiriş göndərəcək. Bildiriş funksiyası smartfon parametrlərindəki "Google" menyusundan istifadəçi tərəfindən əl ilə aktivləşdirildiyi təqdirdə işlək vəziyyətdə olacaq.
"MassNotify" tətbiqi ABŞ-ın Massaçusets ştatın sakinləri arasında bu ilin iyun ayının ortalarından yayılmağa başlayıb. "Google"un onu istifadəçilərin razılığı olmadan, gizli şəkildə quraşdırdığı bildirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay