Uşaqlar mobil telefondan ən çox hansı tətbiqlərə daxil olur? - ARAŞDIRMA
“Kaspersky” 2020-ci ilin noyabrı və 2021-ci ilin aprel ayı arasındakı vaxt üzrə (aprel ayı da daxil olmaqla) dünyadakı uşaqların hansı mobil tətbilqərdə daha çox vaxt keçirdiyini təhlil edib.
Valyuta.az xəbər verir ki, birincilik mükafatı “YouTube”a məxsusdur, onun payı ən populyar on tətbiqə sərf olunan ümumi vaxtın üçdə birini (32%) təşkil edir. Eyni vaxtın təxminən beşdə biri (18%) “WhatsApp”a, 15-i isə “TikTok”a düşür.
İlk onluğa həmçinin Brawl Stars (8%), Roblox (7%), Among us (4%) və Minecraft (2%) kimi oyun tətbiqləri və Chrome brauzeri (6%), Instagram sosial şəbəkəsi (5%) və Viber messenceri də daxildir (5%).
Axtarış sorğularının statistikasına əsasən, uşaqlar dünyanın bütün dillərində YouTube-da ən çox bloggerlərin və ya video oyunlarla əlaqəli kanalların adlarını axtarıblar**. Onlar “letsplay”-lər (gəlin oynayaq), “life hack”-lar (gündəlik həyatı asanlaşdıran məsləhətlər) və yeni obrazların icmalları ilə maraqlanırlar. Ötən altı ay ərzində ən populyar İngilis dilli oyun kanalları MrBeast Gaming, PewDiePi və Aphmau olub.
“Musiqi” və “Filmlər”, çizgi filmləri və TV şouları hələ də YouTube-da populyar axtarış sorğularıdır. Ən çox "Lady Bug və Super Cat", "Gravity Falls", "Paw Patrol", "Hotel Hazbin" və "Peppa Pig" cizgi filmləri, videolardan isə hələ yayımlanmamış "Godzilla vs King Kong" filmi, bu yaxınlarda vizyona girmiş “Zach Snyder's Justice League” filminin və “WandaVision” mini serialının, bununla yanaşı “Cobra Kai” və “Stranger Things” seriallarının treylerləri axtarılıb. Televiziya şoularına gəldikdə, İngilis dilində ən çox daxil edilən sorğular “the voice kids”, almanca “hilf mir”, “krass schule” və “berlin tag und nacht” olub.
Axtarış sorğuları arasında “mem”-lərin payı nisbətən az, təxminən 2% olub, bununla belə, bu kateqoriyada lider olan "Polşa inəyi" (Dancing Polish Cow 10 Hours) videosu 18 milyondan çox baxış toplayıb.
“Azərbaycan da daxil olmaqla, bütün dünyadakı uşaqlar mobil cihazlardan ilk növbədə ünsiyyət və əyləncə və təhsil məzmunu axtarmaq üçün istifadə edirlər. Qeyd etmək istərdim ki, onlar tək izləyici deyillər, həm də özləri aktiv şəkildə video yaradırlar və proses zamanı montaj və səs tərtibatı proqramlarını mənimsəyirlər. Ən çox müraciət olunan mobil tətbiqetmələr arasında dörd video oyun da var, lakin oyunlar üçün prioritet cihazlar hələ də masaüstü kompüterlər və konsollardır. Uşaqlar yeni xidmətləri maraqla sınayırlar, amma unutmamalıyıq ki, təcavüzkarlar da hər kəsin getdiyi yerə gedirlər, buna görə də valideynlərin öz uşaqlarına məxfi məlumatların nə olduğunu və nə üçün şəbəkədə şəxsi telefon nömrəsi və ünvanını yerləşdirməməli olduqlarını izah etmələri, həmçinin hər yeni hesabda gizlilik parametrlərindən necə istifadə etməyi öyrətmələri vacibdir,” deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.
“Kaspersky Safe Kids” həlli valideynlərə uşaqlarını İnternetdə olduqları müddət ərzində qorumağa kömək edir. Bütün populyar platformalara - Windows, macOS, Android və iOS – uyğundur. Məhsul valideynlərə uşağın nə qədər müddətdir internetdə olduğunu, hansı saytlara daxil olduğunu və sosial şəbəkələrdəki səhifələrində hansı paylaşımları etdiyini bilmək imkanı verir. Bundan əlavə, Kaspersky Safe Kids, coğrafi yerləşmə funksiyası sayəsində uşağın hazırki yerini təyin edir, “YouTube-da Təhlükəsiz Axtarış” funksiyası isə xidmətin standart imkanlarını tamamlayaraq uşağın şübhəli video məzmunlara çıxışını məhdudlaşdırır.
* Kaspersky Safe Kids-in uşaqların Android cihazlarındakı tətbiqlərdə keçirdiyi saatların sayına dair anonim statistikaya əsaslanır. Ən populyar on tətbiqə sərf olunan saatların cəmi 100% olaraq qəbul edilir və faiz göstəricisi tətbiqlərin hər birinə sərf olunan saatların sayından asılıdır.
** YouTube platformasındakı axtarış sorğuları üzrə anonim məlumatlar. YouTube-da 2020-ci ilin noyabrı və 2021-ci ilin apreli arasındakı vaxt üzrə (aprel də daxil olmaqla) toplanan əsas 1000 axtarış sorğusu 100% olaraq qəbul edilir. Bir mövzunun populyarlığı – onunla əlaqəli sorğuların nisbəti deməkdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay