Hakerlərin 10 ildə dünya iqtisadiyyatına vurduğu illik zərər AÇIQLANDI
2031-ci ilədək dünya iqtisadiyyatının hakerlərin fəaliyyəti səbəbindən illik zərəri 265 mlrd. ABŞ dollarına qədər arta bilər.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti "Cybersecurity Ventures" analitik şirkətinin hesablamalarına istinad yazır.
Şirkətin hesablamalarına hücum edilən şirkətlərin xərcləri, o cümlədən hücumdan qurtulmaq üçün edilən xərclər, artan sığorta haqları, kiberkriminoloqları zəhmət haqqı, sistemin bərpası və digər amillər daxildir.
Mütəxəssislərin əksəriyyətinin qeyd etdiyi kimi, zərərli proqramların (şantaj edən proqramlar) hücumlarından və itkilərinin sayı həqiqətən çox sürətlə artır. Eyni zamanda, bəzi mütəxəssislər həqiqi ziyanın analitiklərin proqnozlaşdırdıqlarından da çox ola biləcəyini istisna etmirlər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay