İKT
14.06.2021 / 13:53
Azərbaycanın mobil rabitə sektorunun gəlirləri bir qədər artıb - STATİSTİKA
13837
Bu ilin yanvar-may aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 379,4 mln. manat təşkil edib.
Valyuta.az Dövlət Statistika Komitəsinin yaydığı hesabata istinadən bildirir ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6% artıb.
Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,3%-ni təşkil edib.
Cari ilin ilk beş ayında informasiya və rabitə müəssisələri tərəfindən 897,5 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 75,3%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 4,4% artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay