Dünyada kiberhücumların sayı 17% artıb - HESABLAMA
Bu ilin I rübündə dünyada kiberhücumların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17% artıb. Ən geniş istifadə olunan kiberhücum aləti şantajçı proqramlar olub.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə "Positive Technologies" şirkətinin araşdırmasında deyilir.
"Hücumların sayı 2020-ci ilin I rübü ilə müqayisədə 17% artıb, 2020-ci ilin IV rübünə nisbətən isə artım 1,2% olub. Hücumların 77%-i hədəfli idi. Fərdi şəxslərlə baş verən hadisələr bütün qeydə alınmış insidentlərin 12%-ni təşkil edib", - araşdırmada deyilir.
Ən çox hücumlara dövlət qurumları, sənaye, həmçinin elm və təhsil sahəsindəki təşkilatlar məruz qalıb. Ən çox istifadə edilən hücum vasitəsi şantajçı proqramlar olub.
Hücumlarda istifadə olunan bu cür alətlərin digər zərərli proqram təminatları arasında payı 63%-ə bərabər idi. Hesabat dövründə kibercinayətkarlar oğurlanmış məlumatlar üçün tələb etdikləri pulun məbləğini artırmağa davam edib və yeni şantaj taktikalarını tətbiq etməyə başlayıblar.
Məsələn, şirkət pulu ödəməkdən imtina edərsə, onu hücum və məlumatların oğurlanması barədə müştərilərinə xəbərin verilməsi ilə hədələyirlər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay