İKT
08.06.2021 / 20:35
"Siemens”in şirkətlərindən biri Azərbaycan bazarını tərk edir
13462
Almaniyanın texnologiya nəhəngi - "Siemens" şirkətinə məxsus "Siemens Aktienqezelşaft" SC-nin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
Valyuta.az bu barədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 62 ("Marine Plaza" iş mərkəzi) ünvanına bildirə bilərlər.
Xatırladaq ki, ləğv olunan filial Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Ona Almaniya vətəndaşı Ceyms Hyuson (James Hewson) rəhbərlik edir. O, həm də "Siemens"ə məxsus "Siemens Energy Global GMBH and Co KG" şirkətinin yerli filialının rəhbəridir. Bu filial isə ötən il eyni hüquqi ünvanda yaradılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay