Ötən il bu nazirliyin xərcləri gəlirlərini cüzi üstələyib
2020-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) gəlirləri 65 milyon 598,135 min manat, xərcləri 65 milyon 685,262 min manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə nazirliyin 2020-ci il üzrə maliyyə vəziyyəti haqqında hesabatında deyilir.
2019-cu illə müqayisədə nazirliyin gəlirləri 1,3%, xərcləri 2,7% artıb.
Hesabata əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin gəlirlərinin strukturunda əsas həcm – 61 milyon 361,241 min manat birjadankənar əməliyyatlardan, 4 milyon 236,894 min manat birja əməliyyatlarından əldə olunan gəlirlərin payına düşüb.
Nazirliyin xərclərinin strukturunda maliyyə yardımı və sair transfertlərin həcmi 59 milyon 440,123 min manat, əmək haqlarının ödənilməsi xərcləri və sosial sığorta ayırmaları 5 milyon 691,257 min manat təşkil edib, qalan məbləğ digər xərclərin payına düşüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay