İnternet provayderlərinin xidmət keyfiyyəti necədir? - SORĞU
Aparılan təhlil göstərir ki, son 1 ildə pandemiya şərtləri ölkədə internetə tələbatı və provayderlərin xidmət keyfiyyəti ilə bağlı axtarış sorğularını kəskin artırıb.
Valyuta.az xəbər verir ki, mövzunun aktuallığı nəzərə alınaraq Media Təhlil Mərkəzi tərəfindən 25-30 aprel tarixlərində internet provayderlərinin fəaliyyəti ilə bağlı sorğu keçirilib.
Sorğuda iştirak edən 721 respondentin 33%-ni qadınlar, 67%-ni kişilər təşkil edib.
Sorğu nəticələrindən məlum olub ki, respondentlərin 59%-i evdə DSL-dən, yəni telefon xətti üzərindən çəkilən WiFi şəbəkəsindən, 28%-i internet və TV xidməti göstərən provayderlərdən, 13%-i isə mobil internetdən istifadə edir.
İştirakçıların 75,4%-i telefon xətti üzərindən çəkilən internet xidmətinin sürətinin zəif olduğunu qeyd etsələr də, respondentlərin 2,8%-i tam razılığını, 20,4%-i isə qaneedici olduğunu bildiriblər. Cavab verənlərin 1,4%-i isə DSL internet abunəçisi olsa da, xidmətdən istifadə etmir.
Respondentlərin 11%-i mobil internetin keyfiyyətindən tam razıdır. Cavab verənlərin 44%-ini mobil internet xidmətləri qane edir. Sürətin zəif olmasından şikayətlənənlər respondentlərin 38%-ni təşkil edir. İştirakçıların 7%-i isə mobil internetdən istifadə etmir.
Evdə istifadə edilən internet provayderinə ödənilən məbləğlə bağlı suala verilən cavablar aşağıdakı kimidir:
11-15 AZN (33%)
16-20 AZN (29%)
10 AZN (21%)
21-30 AZN (9%)
30 AZN-dən çox (4%)
İstifadə etmirəm (4%)
Sorğu iştirakçıları ay ərzində mobil internetə xərclədikləri məbləği də açıqlayıblar. Cavablara görə göstəricilər belədir:
6-10 AZN (28%)
1-5 AZN (25%)
11-20 AZN (21%)
İstifadə etmirəm (12%)
21-30 AZN (8%)
30 AZN-dən çox (7%)
Sorğuda iştirak edən kişilərin 21, qadınların 32 faizi ay ərzində mobil internetə 1-5 manat xərclədiklərini qeyd ediblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay