“Azərkosmos” Əli Həsənovun oğlunun şirkətini məhkəməyə verdi
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Kaspi Global” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, ASC əmr icraatı üzrə müqavilə tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
İş hakim Leyla Əliyevanın icraatına verilib.
Qeyd edək ki, “Kaspi Global” MMC 2011-ci ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1, nizamnamə kapitalı 20 manat, qnauni təmsilçisi isə Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun oğlu Şamxal Həsənlidir.
Xatırladaq ki, “Azərkosmos” ASC Prezident İlham Əliyevin bu il aprelin 27-də imzaladığı Fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Kosmik Agentliyinə çevrilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay