COVİD-19 xəstələrinə SMS niyə gec göndərilir? - Rəsmi cavab
Koronavirusdan sağalan bəzi xəstələrin karantin müddəti bitsə də, onlara evdən çıxa bilmələri barədə sms gəlmir və ya gecikir.
Valyuta.az Modern.az-a istinadən xəbər verir ki, İcbari Tibbi Sığortadan bildirilib ki, vətəndaşa mesaj göndərilməməsinin və ya gec göndərilməsinin səbəbləri müxtəlif ola bilər:
“Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan şəxs sahə həkimi tərəfindən evdə nəzarətə götürülür. Vətəndaşla bağlı bütün lazımi məlumatlar sahə həkimi tərəfindən proqram təminatına daxil edilir. Bu zaman vətəndaş yaşayış yerində və ya olduğu yerdə 14 gün müddətində təcrid olunması barədə SMS bildiriş alır. Bu müddət ərzində sahə həkimi vətəndaşla əlaqə saxlayır, səhhəti ilə maraqlanır və ehtiyac olduqda lazımi müalicələr təyin edir".
Qeyd edilib ki, 14 gün başa çatdıqdan sonra sahə həkimi vətəndaşla əlaqə saxlayır:
"Vətəndaş sağaldığı halda sahə həkimi proqram təminatı üzərindən sağalma statusu ilə evdə nəzarəti başa çatdırır. Bu zaman vətəndaşa yaşayış yerində və ya olduğu yerdə təcridetmə müddətinin bitməsi barədə SMS bildiriş göndərilir. Lakin bəzən vətəndaş sahə həkiminin müşahidəsindən imtina edir. Yaxud da vətəndaşa tibb müəssisəsində stasionar müalicə təyin edilir. Belə olduğu hallarda, vətəndaşa özünütəcrid rejiminin başa çatması barədə SMS bildiriş göndərilmir”.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, vətəndaşın adı e-təbib tətbiqində aktiv xəstə kimi qeyd olunduğu halda məsuliyyətə cəlb oluna bilər:
"Həmçinin adı portalda aktiv xəstə kimi qeyd olunmayanlara bu və digər səbəbdən SMS icasəsi gəlməsə belə onların özlərini özünütəcrid müddəti bitmiş sayılır. Vətəndaşlar tətbiq vasitəsi ilə aktiv xəstə olub, olmamağını yoxlaya bilər".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay