Xidmət və rabitə üzrə vergi daxilolmaları artıb
Cari ilin birinci rübündə qeyri-neft-qaz sektorunun bir sıra fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib.
Dövlət Vergi Xidmətindən Valyuta.az -a verilən məlumata görə, qeyri-neft-qaz sektorunda sənaye, xidmət və rabitə üzrə daxilolmaların artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 faiz üstələyib.
Ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (41,5 faiz), sənaye sektorunda (23,1 faiz), xidmət sektorunda (15,7 faiz), ticarət sahəsində (2,5 faiz), digər fəaliyyət sahələrində (6,6 faiz) qeydə alınıb.
Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin olunmaqdadır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay