Azərbaycan və İsrail arasında əməkdaşlıq genişləndirilir – Mikayıl Cabbarov
“İsrailin xarici işlər naziri Qabi Aşkenazi ilə Azərbaycan və İsrail arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasına həmsədrlik etməkdən məmnun oldum”
Valyuta.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” səhifəsində yazıb.
“İkitərəfli iqtisadi və ticarət əlaqələrimizin inkişafı, turizm, enerji, kibertəhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində məhsuldar müzakirələr apardıq. Ticarət və turizm nümayəndəliklərinin fəaliyyəti də bu məqsədə xidmət edəcək” – deyə nazir qeyd edib.
Qeyd edək ki, Birgə Hökumətlərarası Komissiyasının iclası Azərbaycan tərəfindən M. Cabbarov, İsrail tərəfindən isə Xarici İşlər Naziri Qabi Aşkenazinin həmsədrliyi ilə keçirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay