Azərbaycanda mobil və sabit internetin sürəti AÇIQLANIB
Bu ilin mart ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 35,50 Mbit/s təşkil edib.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, "Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında aparılan hesablamalarda, bu göstərici fevral ayı ilə müqayisədə 0,9% artıb.
Cari ilin martında ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti fevral ayının göstəricisi ilə müqayisədə 5,1 azalaraq 15,10 Mbit/s olub.
Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 48,40 Mbit/s və 12,60 Mbit/s təşkil edib. Mart ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 140 ölkə arasında 1 pillə geriləyərək 64-ci yerdə qərarlaşıb. Mobil internet sürətinə görə, liderlərin ilk üçlüyünə BƏƏ (178,52 Mbit/s), Cənubi Koreya (170,52 Mbit/s) və Qətər (167,40 Mbit/s) daxil olub.
Reytinqə əsasən, bu ilin mart ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 22,74 Mbit/s, çıxış sürəti isə 24,73 Mbit/s təşkil edib. Bu göstəricilər ötən ilin fevral ayı ilə müqayisədə müvafiq olaraq 2,9 və 3,3% azalıb.
Mart ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 177 ölkə arasında 1 pillə geriləyərək 120-ci yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkəsi Sinqapur (234,40 Mbit/s), Tailand (230,59 Mbit/s) və Honkonq (224,73 Mbit/s) olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 98,67 Mbit/s və 53,22 Mbit/s olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay