İKT
12.04.2021 / 12:09
"Microsoft" bu şirkəti alır - 16 milyard dollara!
10665
“Microsoft” şirkəti yeni səs tanıma texnikaları istehsal edən və qısa müddətdə yüksəlişə keçən “Nuance Communications” şirkətini 16 milyard dollara almaq barədə müqavilə imzalayacaq.
Valyuta.Az “Financial times” qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın Masaçusest mərkəzli şirkət bundan öncə “İphone” smartfonları üçün nəzərdə tutulan “Siri” adlı tətbiq üçün səs tanıma və yazma sistemi hazırlamışdı.
Qeyd edək ki, “Nuance” şirkəti səs tanıma suni intellekti sahəsində ən böyük rəqibi olan “ScanSoft” şirkəti ilə 2005-ci ildə birləşmiş və bundan sonra daha tez böyümüşdü.
Kamran Xəlilov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay