\"Telegram\" IPO-ya hazırlaşır
"Telegram" IPO (Initial Public Offering) hazırlıqlarına başlayıb. Ehtimal edilir ki, 2023-cü ildə şirkətin səhmləri açıq bazarda investorlara satılacaq.
Bu barədə "Vedomosti" mənbələrə istinadən yazır.
Bildirilir ki, şirkət tərəfindən hazırda IPO öncəsi bölgə və yerləşdirmə üçün birjalar seçilir.
Eyni zamanda, IPO-ya əlavə olaraq "Telegram" daha iki variantı nəzərdən keçirir: birbaşa listinq və fond birjasına girmək üçün SPAC şirkətindən istifadə. Birjaya çıxışın konkret tarixi bazarların dinamikasından asılı olacaq.
İlkin yerləşdirmə zamanı “Telegram”ın səhmlərinin 30-50 mlrd. ABŞ dolları dəyərində olacağı ehtimal olunur. İlkin yerləşdirmə üçün "Telegram" Asiya birjalarından birini seçə bilər. Buna səbəb mesencer istifadəçilərinin 40%-dən çoxunun məhz Asiyada olmasıdır və iki il ərzində bu rəqəm 50%-ə çata bilər.
"Telegram" səhmlərinin 25%-i sərbəst dövriyyəyə buraxıla bilər. //APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay