“Aztelekom”-dan əhaliyə - Şəxsi məlumatlarınızı...
“Aztelekom” MMC vətəndaş müraciətlərini daim operativ və dəqiq şəkildə cavablandırmağa çalışır.
Valyuta.az xəbər verir ki, bu sözlər dövlət şirkətinin ölkə vətəndaşlarına etdiyi müraciətində qeyd edilib.
"Facebook səhifəmizə paylaşımların şərh bölməsinə gələn müraciətləri əksər hallarda mesaj bölməsinə yönləndirir və şəxsi məlumatlarınızı mesaj qutusuna göndərməyinizi xahiş edirik. Bəzi hallarda bu vətəndaşda sual yaranmasına, bəzən isə narazılığa səbəb olur” - deyə vurğulanıb..
Qeyd edilib ki, "Aztelekom" daim vətəndaşların mənafeyini düşünür və internet xidmətlərindən istifadə, həmçinin xidmətlə bağlı sorğuların araşdırıldığı zaman vətəndaşların təhlükəsizliyini nəzərə alır:
“Şəxsi məlumatların ictimai şəkildə paylaşılmasının güvənli olmaması səbəbindən sizə aid məlumatları mesaj qutusuna göndərməyiniz daha məqsədəuyğundur. Anlayışınız üçün təşəkkür edirik".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay