Rusiya “Twitter”-i cərimələdi
Rusiyanın paytaxtı Moskvada ilk intsansiya məhkəmələrindən biri “Twitter” sosial şəbəkəsinə inzibati xətaya görə 3,2 milyon rubl cərimə cəzası tətbiq edib.
Valyuta.Az Sondakika.com-a xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarət Təşkilatı (Roskomnadzor) tərəfindən adıçəkilən şəbəkəyə qarşı iddia qaldırıb.
İddia ilə bağlı prosesə baxan Moskva Taganski Məhkəməsi Rusiyada qadağan edilmiş fikirlərin “Twitter” vasitəsi ilə yayılmasına görə şirkətin inzibati qanunvericiliyin müvafiq tələblərini pozduğu qənaətinə gəlib.
Qeyd edək ki, Roskomnadzor 10 mart tarixli qərarı ilə intiharı, əxlaqsızlığı və narkotik istifadəsini təşviq edən məzmunlu postların silinmədiyi üçün “Twitter”-ın internet surətini 50 % azaltmışdı.
Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay