Bu texnoloji avadanlıqların ölkəyə gətirilməsi qadağandır - DGK
Son vaxtlar əksər daşıyıcı şirkətlər daxilində batareya olan texnoloji avadanlıqların ölkəyə gətirilməsinin mümkün olmadığını bildirir. Bəzi şirkətlər bunu Türkiyə qanunları ilə əlaqələndirsə də, digərləri problemin Azərbaycan Dövlət Gömrük Komitəsində yaşandığını bildirirlər.
Maraqlıdır, Dövlət Gömrük Komitəsi Azərbaycana hansı texnoloji avadanlıqların gətirilməsinə icazə verir?
Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsindən ted.az-a bildirilib ki, ölkəyə gətirilməsi qadağan olunan və mülki dövriyyəsinə yol verilməyən texnoloji avadanlıqlar bunlardır:
- Döyüş təyinatlı hərbi texnika;
- Qanunla dövriyyəsi qadağan edilən silahlar və döyüş sursatı;
- Dövlət hakimiyyəti orqanlarının rabitə şəbəkəsi, müdafiə, təhlükəsizlik və asayişi mühafizə ehtiyacları üçün nəzərdə tutulan rabitə şəbəkələri;
- Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıq;
- Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi kibercinayətlər törətmək olan qurğular və ya kompüter proqramları.
- Keçirici naqillərlə birləşdirilmiş elektrik siqnal generatoru və akkumulyatordan (batareya) ibarət, balıq və digər su bioresurslarını elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazlar.
Aşağıdakı texnoloji avadanlıqlar isə mülki dövriyyənin müəyyən iştirakçılarına mənsubdur və gətirilməsi üçün xüsusi icazə tələb olunur:
- Hərbi silah və sursat istehsal etmək üçün avadanlıq;
- Döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq;
- Xidməti və mülki silah;
- Məsafədən idarə edilən pilotsuz uçan aparatlar;
- Kosmik-peyk rabitə vasitələri, xüsusi məxfi rabitə vasitələri və şifrləri, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlıq;
- Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələri;
- İonlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüa verən aparatlar;
- Qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq;
- Narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq;
- Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıq;
- Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr;
- Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular;
- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay