Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanla MDB ölkələri arasında 3 milyard 99 milyon 551 min ABŞ dolları dəyərində ticarət əməliyyatları baş tutub.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % azdır.
Hesabat dövründə MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 32,14%-ni təşkil edib.
Bu dövrdə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri azalan sıra üzrə Rusiya ilə 2 milyard 168 milyon 21 min ABŞ dolları (1 il əvvələ nisbətən 0,2% çox), Ukrayna ilə 249 milyon 823 min ABŞ dolları (1,6 dəfə çox), Türkmənistanla 233 milyon 626 min ABŞ dolları (51,9% az), Belarusla 203 milyon 9 min ABŞ dolları (19,4% çox), Qazaxıstanla 118 milyon 618 min ABŞ dolları (45,6% az), Özbəkistanla 90 milyon 986 min ABŞ dolları (13,7% çox), Qırğızıstanla 27 milyon 638 min ABŞ dolları (62,2% çox), Moldova ilə 4 milyon 894 min ABŞ dolları (13,5 % az), Tacikistanla 2 milyon 936 min ABŞ dolları (64,5 % çox) olub.
Altı ayda Azərbaycanın MDB ölkələrinə məhsul ixracının dəyəri 3,3% azalaraq 799 milyon 669 min ABŞ dollar təşkil edib.
Bu dövrdə Azərbaycandan Rusiyaya 556 milyon 592 min ABŞ dolları (illik müqayisədə 10,4% az), Ukraynaya 105 milyon 215 min ABŞ dolları (2,6 dəfə çox), Türkmənistana 48 milyon 6 min ABŞ dolları (3,4% çox), Belarusa 21 milyon 485 min ABŞ dolları (39,5% çox), Qazaxıstana 26 milyon 914 min ABŞ dolları (55,3% az), Özbəkistana 13 milyon 964 min ABŞ dolları (40,5% az), Qırğızıstana 22 milyon 707 min ABŞ dolları (52,6% çox), Moldovaya 2 milyon 276 min ABŞ dolları (28,1% az), Tacikistana 2 milyon 507 min ABŞ dolları (43,7% çox) dəyərində məhsul ixrac edilib.
Ölkənin ümumi ixracında MDB ölkələri 6,2%, o cümlədən Rusiya 4,31%, Ukrayna 0,82%, Türkmənistan 0,37%, Belarus 0,17%, Qazaxıstan 0,21%, Özbəkistan 0,11%, Qırğızıstan 0,18%, Moldova 0,02%, Tacikistan 0,02% paya sahib olub.
Yanvar-iyunda Azərbaycanın MDB ölkələrindən məhsul idxalının dəyəri 7,1% azalaraq 2 milyard 299 milyon 889 min ABŞ dollar təşkil edib.
Bu dövrdə Azərbaycana Rusiyadan 1 milyard 611 milyon 429 min ABŞ dolları (4,4% çox), Ukraynadan 144 milyon 608 min ABŞ dolları (1,2 dəfə çox), Türkmənistandan 185 milyon 620 min ABŞ dolları (57,7% az), Belarusdan 181 milyon 524 min ABŞ dolları (17,4% çox), Qazaxıstandan 91 milyon 704 min ABŞ dolları (42% az), Özbəkistandan 77 milyon 22 min ABŞ dolları (36,2% çox), Qırğızıstandan 4 milyon 901 min ABŞ dolları (2,3 dəfə çox), Moldovadan 2 milyon 618 min ABŞ dolları (4,8 % çox), Tacikistandan 429 min ABŞ dolları (10,7 dəfə çox) dəyərində məhsul idxal edib.
Ölkənin ümumi idxalında MDB ölkələri 25,94%, o cümlədən Rusiya 18,17 %, Ukrayna 1,63%, Türkmənistan 2,09%, Belarus 2,05%, Qazaxıstan 1,03%, Özbəkistan 0,87%, Qırğızıstan 0,06%, Moldova 0,03%, Tacikistan 0,005% paya sahib olub.
©APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay