Gömrük
23.02.2024 / 10:19
Azərbaycan Türkiyəyə gömrük rüsumu olmadan araq ixrac edəcək
42924
Azərbaycan Türkiyəyə hər il 0 % gömrük dərəcəsi ilə 1,5 milyon litr şərab və fermentləşdirilmiş spirtli içki ixrac edəcək.
Valyuta.az xəbər verir ki, bu, Türkiyə Böyük Millət Məclisinin (TBMM) iki ölkə arasında imzalanmış yeni Preferensial Ticarət Sazişinə əsasən qəbul etdiyi qərarda öz əksini tapıb.
Qərara əsasən, Azərbaycandan bir sıra məhsulların idxalı 10 il müddətinə gömrük rüsumundan azad edilib. Beləliklə, Türkiyə Azərbaycandan şərab, tut, heyva, dəmir-polad məmulatları və qablaşdırma materialları, Azərbaycan isə Türkiyədən mis məftil, paltaryuyan maşın, monitor, videoregistrator, avtomobil ehtiyat hissələri və alüminiumu gömrük rüsumu olmadan idxal edəcək.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay