Gömrük
12.02.2024 / 09:39
Ötən ay gömrük daxilolmaları 473 mln. manatdan çox olub
42101
2024-cü ilin yanvar ayında gömrük xətti ilə büdcə daxilolmaları 6.5% azalaraq 473 milyon 728.4 min manat təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 136 milyon 951.8 min manat (ötən ilin eyni dövrünə nisbətən 12.3 % çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 314 milyon 877.5 min manat (13.9% az), aksizlər üzrə daxilolmalar 18 milyon 507.3 min manat (24.7% çox), yol vergisi üzrə daxilolmalar isə 3 milyon 391.8 min manat (23.7% az) təşkil edib.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay