Xaricə satdığımız misin qiyməti 263 dollar ucuzlaşıb
Ötən il Azərbaycan xarici ölkələrə 4 min 556 ton mis və ondan hazırlanan məmulatlar ixrac edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 31 milyon 685 min ABŞ dollar olub. Bu da əvvəlki illə müqayisədə miqdar ifadəsi ilə 23 ton (0.5%), dəyər ifadəsi ilə bir milyon 364 min ABŞ dolları (4%) azdır.
2022-ci ildə bu rəqəm 4 min 579 ton miqdarında, 33 milyon 49 min ABŞ dollar dəyərində olub.
Belə ki, ötən il ixrac olunan mis vә ondan hazırlanan mәmulatların bir tonu 6 min 954 ABŞ dollar olub ki, bu da əvvəlki illə müqayisədə 263 ABŞ dollar və ya 3.6% azdır. 2022-ci ildə bu 7 min 217 ABŞ dolları olub.
Qeyd edək ki, ötən il ixrac olunan mis vә ondan hazırlanan mәmulatlar Azərbaycanın qeyri-neft məhsullarının ixracının 1.16 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay