Gömrük
26.01.2024 / 13:09
Ötən il Azərbaycana idxal olunan mallara 3 milyarda yaxın artıq pul xərclənib
41190
2023-cü ildə Azərbaycana idxal olunan mallara 17 milyard 285 milyon 344 min ABŞ dolları pul xərclənib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm 2022-ci illə müqayisədə 18.8% və ya 2 milyard 745 milyon 486 min ABŞ dolları çoxdur. Bu, 2022-ci ildə 14 milyard 539 milyon 858 min ABŞ dolları olub.
Bunun 2 milyard 893 milyon 036 min dolları dövlət sektorunun, 12 milyard 416 milyon 326 min dolları özəl sektorun, 1 milyard 975 milyon 981 min dolları isə fiziki şəxslərin payına düşür.
Bu da 2022-cil illə müqayisədə müvafiq olaraq, 353 milyon 698 min dollar (14%), 1 milyard 839 milyon 416 min dollar (17%) və 552 milyon 370 min dollar (38%) çoxdur.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay