“Azəri-Araboğlu Unçuluq” MMC-yə protokol yazıldı
“Azəri-Araboğlu Unçuluq” MMC barəsində gömrük qaydaları əleyhinə olan (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər 50 manatdan 100 manatadək, vəzifəli şəxslər 200 manatdan 300 manatadək, hüquqi şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir.
İşə Gəncə şəhər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə baxılacaq.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay