DGK-nın Apellyasiya Şurasına qarşı iddia
“Azglobal İnternational” MMC Dövlət Gömrük Komitəsinin (DGK) Apellyasiya Şurasını məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, şirkətin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.
İş hakim Rüstəm Kərimlinin icraatındadır. İşin mahiyyəti barədə açıq mənbələrdə məlumat yoxdur.
Bu ilin avqust ayında “Azglobal İnternational” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati iş başlanıb.
İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Bəzi məlumatlara görə, şirkətlə DGK arasında məhkəmə çəkişməsinin səbəbi məhz bu məsələdir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay