Oqtay Əsədovuna qardaşı oğluna məxsus şirkətlə gömrük idarəsi arasında qalmaqal davam edir
Bakı Baş Gömrük İdarəsi ilə “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında məhkəmə çəkişməsi davam edir.
Valyuta.az xəbər verir ki, iş artıq Ali Məhkəmədədir.
Məlumat üçün deyək ki, Bakı Apellyasiya Məhkəməsində işə hakim Cahangiur Yusifovun sədrliyi ilə baxılıb. Nəticə QSC-ni qane etmədiyindən Ali Məhkəməyə kassasiya şikayəti verib. Şirkətin şikayətinə hakim Rahib Nəbizadənin sədrliyi ilə baxılacaq.
“Arash Medical Company” QSC ilə Bakı Baş Gömrük İdarəsi arasındakı məhkəmə çəkişməsinin səbəbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.
"Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.
Mediada gedən məlumatlara görə, şirkətin faktiki sahibi Milli Məclisin keçmiş spikeri, deputat Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədovdur.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay