“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” gömrük qaydalarını pozub? - QSC məhkəmə verildi
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) gömrük qaydalarını pozmaq ittiham edilir.
Valyuta.az xəbər verir ki, QSC barəsində İnzibati Xətalar Məclləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə protokol tərtib olunub.
İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Ülviyyə Şükürova iş üzrə hakim təyin edilib.
485.2-ci maddəyə əsasən, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ölkə başçısının 22 oktyabr 2013-cü tarixli sərəncamı ilə yaradılıb. QSC-nin İdarə Heyətinin sədri Rauf Vəliyevdir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay