“Kin Aqrofert” MMC Gömrük Məcəlləsinin pozmaqda ittiham olunur
“Kin Aqrofert” MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunub.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilib.
485.2-ci maddədə vəzifəli şəxslərin min manat məbləğində, hüquqi şəxslərin isə min beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
Ötən il Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı yoxlamalar nəticəsində məlum olub ki, “Kin Aqrofert” MMC ölkəyə istifadə müddəti preparatlar gətirir.
Məlumat üçün deyək ki, “Kin Aqrofert” MMC aqrokimyəvi maddələrin satışı ilə məşğuldur.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay