“Abşeron-Şərab” cərimə oluna bilər
“Abşeron-Şərab” ASC cərimə edilə bilər.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə protokol tərtib olunub.
İşə Abşeron Rayon Məhkəməsinin hakimi Cəmilə Səfiyevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
Vüqar
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay