"Caspian Auto İmport" məhkəməlik oldu
"Caspian Auto İmport" Açıq Səhimdar Cəmiyyəti gömrük qaydalarını pozduğu üçün məhkəməlik olub.
Valyuta.az-ın məlumatına görə, şirkət gömrükdən keçirilən mallarla bağlı bəyannaməni vaxtında təqdim etməyən "Caspian Auto İmport" ASC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub.
Bu maddəyə əsasən, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilir.
İşə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, “Caspian Auto İmport” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 300 manatdır və qanuni təmsilçisi Ceyhun Abdullayevdir. 2022-ci ildə “Caspian Auto İmport” MMC təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edib.
Vüqar
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay