Gömrük
05.07.2023 / 19:25
Gömrük qaydalarını pozan şirkət məhkəməyə verildi
30036
"Penoplex Prikavkazye" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində protokol tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, buna səbəb MMC-nin gömrük qanunvericiliyini pozmasıdır.
Belə ki, MMC rəhbərliyi xaricdən gətirdiyi xammalın gömrük bəyannaməsini müvafiq orqana təqdim etməyib.
Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunaraq Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib. İddia təsdiqini taparsa, şirkət rəhbərliyi cərimə olunacaq.
Qeyd edək ki, sözügedən maddəyə əsasən, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 1500 yüz manat məbləğində cərimə edilir.
Vüqar
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay