Gömrük
24.06.2023 / 16:39
“Zirə Gülçülük” gömrük qaydalarını pozmaqda ittiham edilir
29743
“Zirə Gülçülük” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, QSC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və hakim Gültəkin Əsədovanın icraatına verilib.
485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay