“Broker Əbülfəz"lə bağlı qərar verildi
“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
APA-nın əldə etdiyi xəbərə görə, Səbail Rayon Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilib.
Baş prokuror: "Beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddiaların irəli sürülməsində sübutlardan istifadə olunub"
Qərara əsasən, Əbülfəz Məlikovun həbs müddəti 2 ay uzadılıb.
Qeyd edək ki, şirkət rəhbəri Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.
Əbülfəz Məlikov Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay